Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ənənəvi turniri keçirilib.

Rusiyanın Qubkina adına neft və qaz universitetində baş tutan intelektual oyunda 32 komanda mübarizə aparıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Natiq Əliyev oyun iştirakçılarına təbriklə müraciət edib. Rusiyanın azərbaycanlı gəncləri arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə turnirin təşkilinə göstərdiyi dəstəyə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkür edən N.Əliyev vurğulayıb ki, gənclər cəmiyyətin güclü diasporun formalaşmasında mühüm rol oynayan çevik və dinamik hissəsidir. "İnelektual oyunun keçirilməsində məqsədimiz azərbaycan gəncliyinin Rusiya ictimaiətinə inteqraiysı və iki ölkənin gənclərinin qarşılıqlı münasibətdə olmasıdır" deyən Natiq Əliyev Leyla Əliyeva tərəfindən gənclərin inkişafı və bütün təşəbbüslərinin dəstəkləndiyini də qeyd etdi.

"Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçısı, "Büllur bayquş" mükafatının sahibi Rövşən Əsgərov turnirin aparıcısı olub.

32 komada arasında Rusiyanın ali təhsil ocaqlarındakı Azərbaycan klubları ilə yanşı Rusiya reqionlarından söydaçlarımız və digər millətlərin nümayəndələri də iştirak edib. 24 sualı cavablandıran komanda oyununda Ali İqtisadiyyat məktəbi universitetinin komandası və Buryatiya AMOR komandası sonda eyni nəticə göstərdikləri üçün qaliblik uğrunda mübarizə aparıb.

Turnirin qalibi isə Ali İqtisadiyyat məktəbi universitetinin "Yeni Yığma" komandası oldu

Qaliblərə RAGB-nin medalları, fəxri fərmanları və pul mükafatları təqdim olunub.